Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Qərbin bəzi liderlərini cəsarətsiz adlandırdı

Prezident Volodimir Zelenski Ukraynanın beynəlxalq tərəfdaşlarına ölkənin hərbi əməliyyatların davam etdiyi bütün regionlarındakı vəziyyət barədə məlumat verib.

PİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə o, xalqa və beynəlxalq ictimaiyyətə növbəti müraciətində bildirib.

"Bu gün (dünən-red) mən Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə, Böyük Britaniyanın Baş naziri Boris Consonla danışdım. Dəstəyinizə görə təşəkkür edirəm, Boris Tərəfdaşlar bu barədə tam məlumatlıdırlar - Bizim Mariupolda baş verənlər və Ukraynanın hərbi əməliyyatların davam etdiyi bütün bölgələrində vəziyyət haqqında”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Rusiyanın öz hərəkətlərinin fəsadlarını hiss etməsi üçün iş gedir.

"Biz nəhayət səmamızın təhlükəsizliyini təmin etmək üçün hər şeyi edirik. Bu mövqeyi dəstəkləyən ukraynalıların mütləq əksəriyyətinə minnətdaram: - imza toplayan, Qərbdəki tanışlarını inandıran, sosial şəbəkələrdə yazan, mitinqlər təşkil edən. Biz birlikdə bəzi Qərb liderlərinin cəsarətini geri qaytarmalıyıq ki, onlar nəhayət, işğalın ilk günündə etməli olduqlarını etsinlər.

Yaxud Ukrayna səması rus raketlərinə və bombalarına bağlanmalıdır. Ya da bizə döyüş təyyarələri verin ki, hər şeyi özümüz edə bilək. Fasilə sadəcə ölümcül oldu”, - Zelenski vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar